ATƏT PA prezidenti Dağlıq Qarabağ münaqişəsinə toxunub

2020/01/12312-1579245314.jpg
Oxunub: 2146     10:49     17 Yanvar 2020    
“ATƏT-in Parlament Assambleyası Albaniya sədrliyinin prioritetlərini dəstəkləyir”.

Ordu.az xəbər verir ki, bu sözləri ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli ATƏT-in Vyanadakı 57 daimi nümayəndəliyinin səfirlərinə müraciətində söyləyib.

G.Tsereteli həmçinin fəaliyyətdə olan sədr Edi Ramanın sədrliyin parlament üzvlərinə işi daha da gücləndirmək istəyini dilə gətirməsinə görə ona təşəkkürünü bildirib. O, eyni zamanda İsveçi ATƏT “üçlüyü”nün yeni üzvü kimi salamlayıb və Polşanın 2022-ci ildə təşkilata sədrlik etməyə hazır olduğunu bildirib.

Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan G.Tsereteli parlament üzvlərinin Cənubi Qafqazda sülhə necə töhfə verə biləcəyi ilə bağlı Azərbaycan və Ermənistan rəhbərliyi ilə çoxsaylı söhbətlərini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ATƏT   Qarabağ  

ATƏT PA prezidenti Dağlıq Qarabağ münaqişəsinə toxunub

2020/01/12312-1579245314.jpg
Oxunub: 2147     10:49     17 Yanvar 2020    