Bu mövzu uzun müddətdir Rusiya ekspert sektorunun (Markedonov, Kolerov, Tarasov) diqqət mərkəzindədir.
Bundan əlavə, təcrübə göstərir ki, bu cür ekspert dairələri tərəfindən bəzi mövzuların gündəmə gətirilməsi heç vaxt təsadüfi baş vermir. Üstəlik, bəzi Rusiya KİV-ləri (“Regnum”, “Noyev Kovçeq”, “Kavkazski Uzel” və s.) Qarabağ məsələsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən şayiələrin yayılmasında iştirak edir və sülhməramlılar məsələsini daim müxtəlif yollarla dövriyyədə saxlayırlar.
Bu məsələ, əsasən, Rusiyanın sülhməramlı kontingentinin işğal altında olan Qarabağda yerləşdiriləcəyi məntiqi ilə gündəmə gətirilir.
Alpər Mövludoğlu
Ordu.az