Bu gün "Mixaylo" ləqəbli Milli Qəhrəmanımızın anım günüdür

2020/01/Mehdi-1578901056.jpg
Oxunub: 3157     12:14     13 Yanvar 2020    
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasovun anım günüdür.

Ordu.az-ın məlumatına görə, Mehdi Abbasov 1960-cı il 1 yanvar tarixində Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunun Yeniyol kəndində anadan olub.

Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutanda Mehdinin 11 yaşı var idi. Onlar Qazaxıstanın Tülkübas kəndinin Kulan kəndində məskunlaşdılar. 1980-cı ildə Mehdi sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə təqdim edib. Bir ildən sonra isə Karakanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə həmin ali məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələndi.

O, təyinatla Tülkübas rayonunun Miçurin kəndindəki məktəbə göndərildi. Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi "SSRİ idman ustası" adını aldı. O, 1989- cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərildi. 1989-1990-cı illərdə SSRİ DİN-nin Stavropol ali kurslarının müdavimi olur, sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir. Azərbaycanın başı üzərini qara buludlar alanda Mehdi öz soydaşlarının köməyinə gəlməyi qərara aldı. Mehdi 1991-ci il 28 iyun tarixində Azərbaycan Respublikaası DİN-nin sərəncamına göndərildi. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı.

Abbasov Mehdi göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanıb. O, 4 dəfə DİN-nin mükafatına layiq görülüb. "Mixaylo"nun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu çətinliklə də olsa, onu təklükəli zonadan çıxara bildi, lakin elə həmin gün o əbədi olaraq gözlərini yumdu.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə "Mehdikənd" adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilib.

2018-ci ildə İsmayıllıda Mehdi Abbasovun həyat və döyüş yoluna həsr olunan "Xüsusi təyinat" filminin təqdimatı keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Bu gün "Mixaylo" ləqəbli Milli Qəhrəmanımızın anım günüdür

2020/01/Mehdi-1578901056.jpg
Oxunub: 3158     12:14     13 Yanvar 2020    