“Ötən il erməni tərəfi müxtəlif bəyanatlar vasitəsilə zaman qazanmağı bacardı” - Tarasov

2018/01/received_2453401774885976_1516130884.jpeg
Oxunub: 18873     15:31     07 Yanvar 2020    
“2019-cu ildə Dağlıq Qarabağ münaqişəsi zonasında müharibədən yayınmaq mümkün oldu, lakin cəbhə xəttində qurbanların mövcudluğunu nəzərə alaraq bu, yetərli deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi analitik Stanislav Tarasov Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə toxunarkən deyib.

Tarasovun sözlərinə görə, 2019-cu ildə Qarabağ münaqişəsinin nizama salınması üçün danışıqlar davam etdirilib, lakin nazirlərin bir neçə saat davam edən görüşlərinə baxmayaraq, bunlar ciddi nəticələrə səbəb olmayıb.

“Heç kim bağlı qapılar arxasında hansı məsələlərin müzakirə olunduğunu bilmir. 2019-cu ildə danışıqlar prosesinin aktiv mərhələsi Əliyev-Paşinyan görüşü və Lavrov tərəfindən Moskvada nazir görüşünün təşkil olunması ilə başladı. Bunların yeganə nəticəsi 2019-cu ildə münaqişə tərəfləri arasında gərginləşmiş atmosferin azalması idi. 2019-cu ilin müxtəlif, eyni zamanda bir-birinə zidd bəyanatlarla erməni tərəfi vaxt qazana bildi, danışıqlar prosesinin hazırkı mərhələsini uzatdı, bu barədə ekspert dairələrinin çox az məlumatı var.

O görüşlərdə də müəyyən bir həll paketinin müzakirə olunduğunu düşünmürəm. Bəzi konkret məsələlər müzakirə olundu, deyə bilmərəm, amma düşünürəm ki, konkret həll paketi müzakirə olunmayıb.

Bununla bərabər hər iki tərəf “Madrid prinsipləri” haqqında danışıb və çox güman ki, bu sənədin bir hissəsini təşkil edən müddəalar müzakirə edilib. Mən nizamlanma prosesinin özünə nə qədər yaxın olduğumuzu da deyə bilmərəm, çünki hamımızın bildiyi kimi bu münaqişələrin bölgədəki müəyyən dəyişikliklər və siyasi iradə ilə həll olunacağını düşünürəm. Hər halda, ümid edirəm ki, 2020-ci ildə daha yaxşı nəticələr əldə ediləcək.

İlin əvvəlində nazirlər arasında görüşün baş tutacağına dair razılaşmaların və eyni zamanda həmin vaxt həyata keçiriləcək müəyyən nizamlamaların olması sevindirici haldır.

Proseslər onların yoxluğu və müharibə təhlükəsindən daha yaxşıdır. Cari ilə yekun vurararkən, belə bir münaqişə olduğu halda 2019-cu ildə müharibədən yayınmağa nail olunmasından, lakin təmas xəttində itkilərin olduğunu nəzərə alaraq bunun yetərli olmamasından danışmaq və qeyd etmək lazımdır”, - deyə Tarasov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tarasov   Qarabağ  


Bizi "telegram"da izləyin