Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu1992-1995-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş, 1993-cü Müdafiə naziri vəzifəsini müvəqqəti icra etmiş general-leytenant Norat Ter-Qriqoryants deyib.
Norat Ter-Qriqoryantsın sözlərinə görə, bu cür formatda görüşlərə görə Ermənistanda Nikol Paşinyanın torpaqları təhvil verəcəyini söyləmək olar.
“Danışıq aparmaq xatirinə danışıqlar, bu, sadəcə axmaqlıqdır, nəticəsiz şeydir, biz hamımız ölənə qədər 100-150 il bu cür davam edə bilər. Sualı olduğu kimi qoymaq lazımdır: bütün bunlar nə üçün baş verib? Biz uşaq deyilik, başa düşürük, Azərbaycan və Ermənistan rəhbərləri görüşürlərsə və ATƏT-dən heç kim burada iştirak etmirsə, bu, danışıq deyil, mən bu cür danışıqlara inanmıram. Heç kim bilmir ki, nə danışırlar, güman edək, mən Baş nazirə inanıram, lakin Azərbaycanda da İlham Əliyevə inanırlar. Nə barədə danışırlar, nə danışırlar? Heç kim bilmir. Söhbət hansı kompromisdən gedir, hansı istiqamətdə gedəcəyik? ATƏT olmadan Paşinyanın Əliyevlə görüşləri təhlükəli nəticələrə malik ola bilər”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az