Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi analitik Boris Navasardyan deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti illərdə status-kvo dəyişməyəcək.
Erməni analitik, çatışmazlıq və uğursuzluqlar barədə danışarkən qeyd edib ki, Avropa İttifaqı ilə əməkdaşlıq baxımından irəliləyiş çox yavaşdır.
“Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin həyata keçirilməsi deyəsən həm cəmiyyətimiz, həm də Avropa İttifaqı tərəfindən gözlənilən templə getmir. Sanki, bu çox vacib sənəd bir növ kölgə altında qalır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az