Nazirlik: Dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb

2019/11/1575029423.jpg
Oxunub: 3405     13:25     03 Yanvar 2020    
“Diplomatik fəaliyyətimizin əsas istiqaməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üzərində cəmləşib”.

Ordu.az xəbər verir ki, bu, 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat buraxılışında əksini tapıb.

“Həyata keçirilən ardıcıl diplomatik səylər nəticəsində dünya birliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb”, - deyə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Qarabağ  


Bizi "telegram"da izləyin