Erməni politoloq: “Qarabağ münaqişəsinin hazırkı vəziyyətini Ermənistanın xarici siyasətindəki əsas uğursuzluq hesab etmək olar”

2019/12/Rob-e-1577696683.jpg
Oxunub: 30131     15:18     30 Dekabr 2019    
“Qarabağ münaqişəsinin danışıqlar prosesinin hazırkı vəziyyətini, Aprel döyüşlərindən sonra əldə olunmuş razılaşmaların məhv edilməsini, danışıqlar prosesində yeni və təhlükəli elementlərin meydana çıxmasını Ermənistanın xarici siyasətindəki əsas boşluq və uğursuzluq hesab etmək olar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ABŞ-da yaşayan erməni politoloq Robert Marqaryan deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra xarici siyasət istiqaməti dəyişməyib.

“Əgər Avrasiya İqtisadi Birliyi (Rusiya)-Ermənistan münasibətlərini Avropa İttifaqı-Ermənistan əlaqələri ilə müqayisə etməyə çalışsaq, görərik ki, son 1,5 il ərzində rus tərəfinin miqyası müqayisəolunmaz dərəcədə ağırlaşıb. KTMT-Ermənistan və NATO-Ermənistan əlaqələri halında da vəziyyət eynidir”, - deyə o bildirib.

Marqaryan həmçinin Qarabağın azərbaycanlı icmasının danışıqlar prosesinə cəlb olunması məsələsinə də toxunub.

“Bu, Paşinyanın Qarabağın danışıqlar masasına qaytarılması ilə bağlı uğursuzluğa uğramış tezisini həyata keçirmək üçün ödəməyə məcbur olacağı bir qiymətdir”,- deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan  


Bizi "telegram"da izləyin