Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı politoloq Uve Halbax Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Beynəlxalq Böhran Qrupunun hesabatına toxunarkən bildirib.
Onun sözlərinə görə, münaqişə zonasında vəziyyətin gərginləşməsi ehtimalı hər zaman var.
“Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin mürəkkəb təbiətini nəzərə alaraq, danışıqlar masası ətrafında müntəzəm şəkildə qeydə alınmış uğurlar da bənzər münaqişə halında təhlükə altına düşüb. Yəni, əgər danışıqlar masası ətrafında davamlı irəliləyiş olmasa, danışıqların bağlanmaq riski altında olduğuna dair qiymətləndirmələr inandırıcıdır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az