İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində özbaşınalıq, qanunsuzluq, fiziki və mənəvi təhqirlər səbəbindən baş verən cinayətlərin ard-arası kəsilmir. Bu günlərdə düşmən ordusunun bölmələrindən birində baş verən insident zamanı daha bir əsgər ağır bədən xəsarətləri alıb.
Ordu.az xəbər verir ki, işğal altında olan Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun hərbi hissəsində qanlı insident baş verib.
Dava zamanı bir neçə əsgərin müxtəlif bədən xəsarətləri aldığı məlum olub. Ağır bədən xəsarətləri alan hərbi qulluqçu Andreas Hambaryan qan içində hərbi tibb müəssisəsinə çatdırılıb.
Hadisə ictimaiyyətdən gizlədilsə də istintaq qrupu təcili olaraq hadisə yerinə ezam edilib. Hərbi qulluqçu A. Hambaryanın valideynləri istintaqın ədalətli aparılmasını və övladlarını bu hala salanların cəzalandırılmasını tələb edir.
Faktla bağlı istintaq davam edir və davada iştirak edən digər hərbi qulluqçuların da müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Cinayət