Erməni jurnalist: “Bu, danışıqlar masası ətrafında bizim möhkəmlənmiş mövqeyimizdir?”

2019/12/ICG-1575617066.jpg
Oxunub: 26199     14:56     26 Dekabr 2019    
Ermənistan və qondarma qurumun “təhlükəsizlik şuraları”nın birgə iclası zamanı Paşinyan bildirib ki, Qarabağ məsələsinin nizama salınması istiqamətində onun atdığı bütün addımlar yaxşı nəticələr verib və məxməri inqilabdan sonra Ermənistanın mövqeləri möhkəmlənib.

“Beynəlxalq İstintaq Qrupunun Ermənistanı keçmiş Azərbaycan ərazilərində yaşayış məntəqələri inşa etməməyə çağıran hesabatı barədə niyə susursunuz? Bu, danışıqlar masası ətrafında bizim möhkəmlənmiş mövqeyimizdir? Əgər belədirsə, onda niyə Baş nazir silahlanmamız və ən yeni silahlarımız fonunda şəkillər paylaşır, misli görünməmiş sayda silah alınması barədə danışır? Məgər bu, “tərəflərin mövqelərinin yaxınlaşması” kontekstində düzgündür?”, - deyə Ermənistanın “Hraparak” nəşrinin yazarı Edik Andreasyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin