Rusiyalı analitik: “Hazırda Qarabağ məsələsinin həll prosesində müəyyən dərəcədə yenidən formalaşma gedir”

2019/12/vladi-1577352244.jpg
Oxunub: 9712     16:23     26 Dekabr 2019    
“Hazırda Qarabağ məsələsinin həll prosesində müəyyən dərəcədə yenidən formalaşma gedir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı analitik, Avrasiya İqtisadi Birliyi İnstitutunun icraçı direktoru Vladimir Lepyoxin deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin həlli 3+3 formatından asılıdır: “Bu formata regionun 6 ölkəsi - Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan daxil ediləcək”.

Lepyoxin qeyd edib ki, məsələ ilə bağlı bu gün artıq yeni səhifə açmaq lazımdır, çünki artıq yeni əsas formalaşdırılır.

“Hələ on il əvvəl, bizim institutumuz yaradılanda, mən deyirdim ki, ATƏT-in Misnk qrupu heç vaxt Qarabağ məsələsini həll etməyəcək, o, yalnız münaqişəni dondurur, Azərbaycan və Ermənistanı aldadır”,- deyə ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin