Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
Onun sözlərinə görə, bu, faciədir, bu insanlar təsadüfi insanlardır.
“Bu problem onları heç vaxt praktiki şəkildə maraqlandırmayıb, onlar yalnız insan hüquqları ilə, sosial problemlərlə məşğul olublar və hətta ağıllarından belə keçməyib ki, bir gün hakimiyyətdə ola və bu məsuliyyət onların üzərinə düşə bilər. Buna görə də, onların bir nömrəli problemi Qarabağı əsas danışıq tərəfi etməkdir ki, onlar bu məsuliyyətdən kənar qalsınlar”, - deyə Bozoyan qeyd edib.
Erməni politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana nəinki “kağız, həmçinin dəmir çömçə” lazımdır.
Bozoyan qeyd edib ki, “dəmir çömçə” güclü ölkəyə, yüksək keyfiyyətli siyasi elitaya və iqtisadi sistemə sahib olmaq deməkdir.
Alpər Mövludoğlu
Ordu.az