Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Sarkisyana qarşı açılmış cinayət işinə toxunarkən bildirib.
Paşinyanın “Mariam Paşinyan üçün alınmış avtomobil qanunla nəzərdə tutulmuş əmlakdır” açıqlaması barədə danışan Aşotyan qeyd edib ki, əgər qanunla hərəkət edilirsə, onda nə üçün iki ildir qanunla nəzərdə tutulmuş qaydada Sarkisyana şəxsi ev verilmir?
Aşotyan “1 Mart” işi üzrə aparılan məhkəmə prosesinə toxunarkən bildirib ki, bu məhkəmə prosesi siyasi alt mətnlə başlayıb və bu məsələdə heç nə alınmır.
Qarabağ məsələsinin danışıqlar prosesi məsələsinə gəlincə, Aşotyan qeyd edib ki, Paşinyan Qarabağ məsələsində Sarkisyanın apardığı siyasəti davam etdirməyə borclu olub və məsələni tükənmiş diplomatik nöqtəyə gətirərək hər şeyi məhv edib.
Alpər Mövludoğlu
Ordu.az