"Aİ Dağlıq Qarabağdakı "seçkilər"i tanımır" - Moqerini

2018/09/thumbs_b_c_0785c7359a77738b87373c30db68d861_1535978637.jpg
Oxunub: 21475     09:00     07 Dekabr 2019    
"Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda keçirilən "seçkilər"in konstitusiya və hüquqi çərçivələrini tanımır".

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini, Avropa Parlamentinin Bolqarıstandan olan üzvü İlhan Küçükün Ermənistan tərəfindən bu ilin sentyabrında işğal edilmiş Azərbaycan ərazilərində keçirilmiş qondarma "seçkilər" barədə səsləndirdiyi suala cavabında deyib.

Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı Sammitinin bəyannamələrində açıq şəkildə göstərilir ki, Avropa İttifaqı bütün tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməyə sadiqdir.

"Eynilə, Avropa İttifaqı Dağlıq Qarabağda qondarma "seçkilər"in konstitusiya və hüquqi çərçivələrini tanımır. Bu cür prosedurlar Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə xələl gətirə və ya danışıqlar prosesinə təsir göstərə bilər", - deyə Moqerini bildirib.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Qarabağ  


Bizi "telegram"da izləyin