Fransalı səfir: “Münaqişənin həlli region üçün əhəmiyyətli olacaq”

2019/12/Franc-1575546601.jpg
Oxunub: 30571     16:40     05 Dekabr 2019    
“Münaqişənin ağırlığını, onun Ermənistan, onun büdcəsi, iqtisadiyyatı, sakinləri və xüsusilə də gəncləri üçün dəyərini müşahidə edirəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot deyib.

O qeyd edib ki, Ermənistan gəncləri uzun, ağır və təhlükəli hərbi xidmət həyata keçirirlər.

“Fransa ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Qarabağ münaqişəsinin dinc və danışıqlar yolu ilə həllinə başlayır. Dağlıq Qarabağ münaqişəsi hərbi həllə malik ola bilməz və onun dinc həlli danışıqlar masası ətrafında olmalıdır. Münaqişənin həlli region üçün əhəmiyyətli olacaq”, - deyə səfir bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal  


Bizi "telegram"da izləyin