Qarabağda ölən erməni əsgərinin telefon danışıqları araşdırılacaq

2018/05/234234_1526385387.jpg
Oxunub: 23681     16:45     05 Dekabr 2019    
2019-cu il dekabrın 2-də, saat 06:50 radələrində işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birinin döyüş mövqelərində məcburi müddətli hərbi qulluqçu Artur İşxan Acamyanın ölməsi, digər bir məcburi müddətli hərbi qulluqçu Davit Harutyun Melikbekyanın güllə yaraları alması işi üzrə Ermənistan ordusunun üçüncü qarnizonunun istintaq bölməsində Ermənistan Cinayət Məcəlləsinin 34-104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə (iki və ya daha çox insanın ölümünə cəhd) cinayət işi açılıb, ilkin istintaq aparılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cinayət işi üzrə bir sıra təxirəsalınmaz və zəruri istintaq əməliyyatları həyata keçirilib, hadisə yerində araşdırma, meyitin xarici ekspertizası yerinə yetirilib, meyit və D. Melikbekyanla bağlı məhkəmə-tibbi ekspertizalar təyin olunub.

Açılmış cinayət işi üzrə bəzi hərbi qulluqçular şahid kimi dindirilib, Acamyanın babası Xatif Acamyan zərərçəkənin hüquqi varisi kimi tanınıb və sorğu-sual edilib. Vəkillər Hayarpi Sarkisyan və Xaçatur Stepanyan zərərçəkənin hüquqi varisinin nümayəndələri kimi meyitin məhkəmə-tibbi ekspertizasında iştirak ediblər.

Məhkəmə Acamyanın mobil telefonunun araşdırılması ilə bağlı məhkəmə ekspertizası təyin edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin