Erməni politoloq: “Qarabağla bağlı məsələlər ətrafında saxta gündəm yaradılır”

2019/12/456-1575531861.jpg
Oxunub: 14701     11:58     05 Dekabr 2019    
“Dekabrın 3-də mən Təhsil, Elm, Mədəniyyət və İdman naziri Arayik Harutyunyanın fəaliyyətlərindən narazı olan və onun istefasını tələb edən Daşnaksütun gəncələrinin həbs olunduğu Mərkəzi polis bölməsinə getmişdim”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, “Media müdafiəçisi” təşəbbüsünün rəhbəri Ağasi Yenokyan öz “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, həmin vaxt nazirlikdən daha çox polisdə adam toplaşıb, bu da təbiidir, çünki aksiyalara bu cür təzyiq daha böyük aksiyaya səbəb olur.

Yenokyan bunun son günlərdə yeganə skandal olmadığını qeyd edib və “Kamaz”larla bağlı skandalı xatırladıb.

“Hesab edirəm, burada bir əsas məsələ var, bunun üçün Paşinyan hətta öz reytinqini, demokratiyanı qurban verməyə və belə bir addıma getməyə hazırdır. Fikrimcə, bütün bunların cavabı bir şey ola bilər və bu barədə dekabrın 3-də demək olar ki, təsadüfən öyrəndik. Dekabrın 3-də məlum oldu ki, dekabrın 4-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri görüşəcək və bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından öyrənirik. Bu cür skandallı xəbərin bir məqsədi var - Qarabağla bağlı məsələlər ətrafında saxta gündəm yaratmaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaarbağ   Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin