Sarkisyan qorxur: “Azərbaycan açıq şəkildə müharibə vasitəsilə Qarabağı qaytarmaq haqqında danışır”

2019/12/456-1575531788.jpg
Oxunub: 5509     11:41     05 Dekabr 2019    
“Azərbaycan tərəfindən KTMT Nazirlər Şurası üzvlərinə bu cür məzmunlu sənəd təqdim olunduqdan sonra danışıqlar aparmaq mənasızdır, erməni tərəfinə təhlükəsizliyin təmin olunması ideyası ətrafında birləşməkdən başqa heç nə qalmır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini ifadə edən sənədə toxunarkən bildirib.

Sarkisyan qeyd edib ki, Azərbaycanın təqdim etdiyi prinsiplər Ermənistanın milli maraqlarına tamamilə ziddir.

“Azərbaycan hazır deyil, istəmir və Qarabağın Azərbaycanın ərazi bütövlüyünün komponenti olması istisna olmaqla hər hansı status vermək ətrafında danışıqlar aparmayacaq. Söhbət nəinki 7 rayondan, həmçinin artıq əsas Qarabağın ərazisindən gedir”, - deyə o bildirib.

Paşinyan və Anna Hakobyanın bəyanatlarına toxunan Sarkisyan qeyd edib ki, bu cür bəyanatlar hazırda birtərəfli xarakter daşıyır.

“Nə Azərbaycan, nə də Ermənistan heç vaxt Qarabağdan imtina etməyəcək. Bu, o deməkdir ki, statusla bağlı ümumi yanaşma olmayacaq. Azərbaycan tərəfi açıq şəkildə müharibə əməliyyatları vasitəsilə Qarabağı qaytarmaq haqqında danışır”,- deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin