“Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır” - Məmmədyarov

2019/12/23423-1575367694.jpg
Oxunub: 556     13:00     03 Dekabr 2019    
"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla həm təkbətək, həm də geniş tərkibdə görüş keçirdik. 2020-ci il üçün nazirliklər arasında əməkdaşlıq memorandumu imzaladıq".

Bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rusiya-Azərbaycan münasibətləri nümunəvidir və strateji xarakter daşıyır: "Bu il Prezident İlham Əliyev iki dəfə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri çox məhsuldar oldu. İki ölkə arasında ciddi əhəmiyyətli təcrübə mövcuddur. Ölkələrimiz arasında ticarət dövrəyyəsi 2,5 milyarda çatlb. Cari ili 3 milyard dollarlıq ticarət dövriyyəsi ilə yekunlaşdırmağı düşünürük".

Məmmədyarov qeyd edib ki, bugünkü görüşdə beynəlxalq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

"Dağlıq Qarabağ nizamlanması məsələsi həm Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlər çərçivəsində, həm də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olduğuna görə çoxtərəfli münasibətlər çərçivəsində böyük və ciddi mövzudur. Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır", - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Azərbaycan   Qarabağ  

“Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır” - Məmmədyarov

2019/12/23423-1575367694.jpg
Oxunub: 557     13:00     03 Dekabr 2019    