Ordu.az xəbər verir ki, işğalçı ordunun Ağdərədə yerləşdirilən bölmələrindən birində baş verən kütləvi dava nəticəsində daha iki erməni hərbçi xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparan hərbi prokurorluğun müstəntiqi tərəfindən əsgərlər V.Virabyan və V.Badalyan zərərçəkmiş qismində istintaqa cəlb ediliblər.
Müxtəlif bədən xəsarətləri alan V.Virabyana ambulator müalicə təyin edilsə də, başından zədə alan hərbi qulluqçu V.Badalyan tibb məntəqəsinə yerləşdirilib.
Ordu.az