Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Qriqoryan 17-21 noyabr tarixlərində erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərinə toxunarkən deyib.
Politoloq istənilən halda bu görüşləri və təmasları müsbət hesab edir.
“Hakimiyyət dəyişikliyindən sonra Ermənistan siyasətində bəzi yeni cərəyanlar və yeni izlər yaranır. Bu cərəyanların yumşaq olduğunu düşünmürəm, amma yenidir. Tərəflər Ermənistan Baş nazirinin Azərbaycan Pezidenti ilə birbaşa əlaqə yaratmağa çalışdığını da gördülər. Düşünürəm ki, bu düzgün siyasətdir”, - deyə Qriqoryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az