Tovuzda düşmən gülləsinin izləri – FOTOLAR

2019/11/1-1574232986.jpg
Oxunub: 1440     10:45     20 Noyabr 2019    
Tovuzun cəbhə kəndində yaşayan sakin düşmənlərin dinc sakinlərə, xüsusilə də öz evinə atılan mərmilərin qalıqlarını saxlayır.

Son bir neçə ildə düşmənin dinc sakinləri intensiv atəşə tutduğu illərdən bu günədək, yəni son iki ilədək törətdilən təxribatların izləri də onun yaşadığı evdə durur.

Ordu.az-ın əməkdaşı həmin sakinlə həmöhbət olub və mərmi qalıqlarını hansı məqsədlə saxladığını öyrənib.

İki yüzədək mərmi qalıqlarını toplayıb saxlayır...

Tovuzun cəbhə kəndlərindən biri olan Əlibəyli kənd sakini Ədalət Rzayev düşmən hərbçilərinin dinc sakinlərə xüsusilə də onun evinə atdığı mərmi və güllə qalıqlarını bu gün də saxlayır. O, 2011-ci ildən 2016-cı ilin aprel ayınadək atılan mərmiləri toplayb. Onun topladığı mərmi qalıqlarının bir çoxu istifadəyə qismən yararlı olduğu üçün evində saxlamır.

Ədalət Rzayevin bu mərmiləri toplamaqda xüsusi məqsədi də var. Erməni hərbçilərinin dinc sakinlərə qarşı törətdiyi təxribatların izləri onun yaşadığı evin divarlarında, peyk-antena çanağında bu gün də qalmaqdadır.

Bütün mərmi qalıqlarını toplamaqda balaca Ramil də atasına kömək edir. O, hər dəfə bu güllə qalıqlarına baxdıqca düşməndən qisas almaq üçün yaşadığını bildirir. Gələcəkdə özünün də hərbçi olacağını deyən Ramil, bu gün rahat məktəbə gedir, həyətdə oynayır. Çünki onun sonsuz güvəndiyi bir qüvvə var – O da Azərbaycan Ordusudur...

Bu gün dünyaya özünü sülhün tərəfdarı kimi tanıdan Ermənistan və onun silahlı birləşmələri törətdiyi bu cür vəhşilikləri dünyanın diqqətindən yayındıra bilməz...

Çünki Ədalət Rzayev kimi dinc sakinlərin dəlilləri və balaca Ramillərin görüb yaşadıqları, onların bu yalanlara müxtəlif don geydirərək ayaq tutub yeriməsinə imkan verməyəcək...

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Tovuz   Dinc-sakinlər   Düşmən-təxribatı  

Tovuzda düşmən gülləsinin izləri – FOTOLAR

2019/11/1-1574232986.jpg
Oxunub: 1441     10:45     20 Noyabr 2019    