Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Sasna Tsrer” partiyasının (daha öncə silahlı qruplaşma – red.) idarə heyətinin üzvü Varujan Avetisyanın oktyabrın 29-da ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi təxribatçı qətnaməyə mənasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu, Rusiyanın müstəmləkə təsirindən geridönməz şəkildə uzaqlaşan Ermənistan üçün böyük imkanlar yaradır.
O qeyd edib ki, bu vəziyyətdə yeni təhlükəsizlik arxitekturasının yaradılması prosesində kiçik ölkələrin rolu böyüyən zaman Gürcüstanla strateji əlaqələr vacib əhəmiyyət qazanır.
Alpər Mövludoğlu
Ordu.az