Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə KTMT Parlament Assambleyası Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin bildirib.
"Biz nə Ermənistanda, nə də başqa ölkələrdə daxili işlərə qarışmırıq. Buna görə də Ermənistanın daxili problemlərinə toxunmaq, daxili-siyasi məsələləri şərh etmək istəmirəm",- deyə Zatulin bildirib.
O, həmçinin qeyd edib ki, onlar Ermənistanda genişlənən hadisələri izləyirlər.
"Bəli, təkcə ilk simalar yox, eləcə də qalan bütün alt strukturlar çərçivəsində siyasi simaların dəyişikliyi baş verib. Bir-birini tanıma prosesi hələ davam edir", - deyə Zatulin bildirib.
Alpər Mövludoğlu
Ordu.az