Ordu.az xəbər verir ki, bu barədə Ermənsistanın “Hrapark” nəşri məlumat verib.
Xatırladaq ki, onun adı “1 Mart” hadisələri ilə hallanır, şahid kimi 2 dəfə İrəvana sorğu-suala dəvət olunub, lakin getməyib.
Balasanyanın həbs olunması qərarının qəbul olunması ilə bağlı Xüsusi İstintaq Xidmətinə müraciət edilsə də, məlumatın şərh edilməyəcəyi bildirilib.
Ermənistan prokurorluğunun nümayəndəsi jurnalistlərin məsələ ilə bağlı sualını dinləsə də, cavab verməyib.
Qondarma qurumun “nümayəndəsi” Kim Qabrielyan məlumatı dəqiqləşdirəcəyinə söz verib.
“Vitali Balasanyanın həbs olunması haqqında qərar alınmayıb. Bununla bağlı hər hansı yenilik olarsa mütləq məlumat verəcəm”, - deyə o bildirib.
Xatırladaq ki, bundan öncə Balasanyan 2008-ci il martın 1-2-də baş verən hadisələr zamanı İrəvanda olmaması ilə bağlı Xüsusi İstintaq Xidmətinə yazılı izahat göndərib.
Alpər Mövludoğlu
Ordu.az