Qazax rayonunda xeyli sayda sursat aşkarlanıb

2019/11/875dc-7864653875.jpg
Oxunub: 25228     10:24     05 Noyabr 2019    
Qazax rayonunun Fərəhli kəndi ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Ordu.az-a verilən məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd əl qumbarası (2 ədəd F-1 və 1 ədəd RQ-42), 18 ədəd müxtəlif çaplı patron və 1 ədəd boş avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazax   ANAMA  


Bizi "telegram"da izləyin