Qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər – FOTOLAR

2019/10/71655-4710273981.jpg
Oxunub: 775     12:25     03 Oktyabr 2019    
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il Oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 iyun 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, bu münasibətlə Qazaxın mərkəzində yerləşən Gənclər Mərkəzinin qarşısında çağırışçıların təntənəli şəkildə yola salınması mərasimi keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil və mədəniyyət işçiləri, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, gənc çağırışçılar, onların valideynləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyeva Mərkəzində ulu öndərin həyat və fəaliyyətini, ordu quruculuğundakı xidmətlərini özündə əks etdirən filmə baxıblar.

Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid oğulların uyuduğu Şəhidlər xiyabanı ziyarət edilib.

Mərasim Gənclər Mərkəzinin qarşısında davam edib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda ordu quruculuğu sahəsində qazanılan uğurlardan söz açılıb, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlərin ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olduğu diqqətə çatdırılıb.

Əsası ulu öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu siyasətinin bu gün onun layiqli davamçısı ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirilib.

Hərbi xidmətə yola düşən 30-a yaxın gəncə hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulanıb və onlara vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyə edilib. Şəhid valideynləri də çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliklərini bildiriblər.

Bundan sonra bədii hissədə milli vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.

Tədbirin sonunda çağırışçı-gənclərlə xatirə şəkilləri çəkdirilib. Mərasim başa çatdıqdan sonra hərbi çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola salınıblar.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Qazax   Çağırış  

Qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər – FOTOLAR

2019/10/71655-4710273981.jpg
Oxunub: 776     12:25     03 Oktyabr 2019    