Ağstafada gənclər təntənəli mərasimlə hərbi xidmətə yola salınıb – FOTOLAR

2019/10/71913-17270079431.jpg
Oxunub: 1033     13:12     02 Oktyabr 2019    
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə təntənəli mərasim keçirilib.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, tədbir rayonun Heydər Əliyev Parkında təşkil olunub.

Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısının rəhbərliyi , rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ağsaqqalları, Qarabağ müharibəsi əlliləri,şəhid ailələri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, çağırışçı gənclər, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Çıxış edənlər hərbi xidmətə yola salınan gəncləri, onların valideynlərini və doğmalarını ürəkdən təbrik ediblər. Dövlətimizin və xalqımızın onlara bəslənən ümidlərini layiqincə doğruldacaqlarına , vətənə şərəflə xidmət edəcəklərinə əminliyini bildiriblər:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz Qafqazın ən qüdrətli ordusuna çevrilib.

Hərbi hissələrimizdə əsgər və zabitlərimizin xidməti üçün ən yüksək şərait yaradılıb. Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti günbəgün artır. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyə çatdırılıb. Bu isə ordumuzun döyüş potensialını, ruh yüksəkliyi və vətənpərvərlik hisslərini artırır, möhkəmləndirir.

Azərbaycan Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların, əsgər və zabitlərin sosial müdafiəsi istiqamətində zəruri tədbirlər görülür, onlar dövlət tərəfindən hər cür qayğı ilə əhatə edilir”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi, şəhid valideynləri bu əlamətdar gün münasibətilə öz ürək sözlərini bildirib və çağırışçılara uğurlu hərbi xidmət arzu ediblər. Çağırışçılar öz çıxışlarında vətənə xidmət etmək üçün yola düşdüklərinə görə qürur duyduqlarını və bu müqəddəs etimadı layiqincə doğruldacaqlarını əmin ediblər.

Daha sonra yerli Hərbi Hissənin hərbçiləri gənc çağırışışları həvəsləndirmək üçün müxtəlif nömrələr nümayiş etdiriblər.

Sonra ümummilli lider Heydər Əliyevin abidəsi önündə rayon rəhbərliyi və çağırışçılar xatirə şəkli çəkdiriblər.

Çağırışçılar rayon rəhbərliyi və doğmaları ilə görüşərək yüksək əhval-ruhiyyədə onlara ayrılmış xüsusi avtobusda məsul şəxslərin müşayiəti ilə müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Ağstafa   Çağırış  

Ağstafada gənclər təntənəli mərasimlə hərbi xidmətə yola salınıb – FOTOLAR

2019/10/71913-17270079431.jpg
Oxunub: 1034     13:12     02 Oktyabr 2019    