"Dəniz Kuboku - 2019" müsabiqəsinin püşkatma mərasimi keçirilib - VİDEO

2019/08/ed557-4695016962.jpg
Oxunub: 21202     15:45     05 Avqust 2019    
Avqustun 6-dan yarışlara start veriləcək

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz Kuboku - 2019” müsabiqəsinin püşkatma mərasimi keçirilib və hakimlərə sertifikatlar təqdim olunub.


Əvvəlcə müsabiqənin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququ verən sertifikatlar təqdim edilib.

Sonra müsabiqənin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilərək yarışacaq komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib.

Müsabiqənin avqustun 6-dan başlayacaq əsas hissəsində hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəniz-kuboku  


Bizi "telegram"da izləyin