Rusiyalı ekspert: Putinin baxışları ilə Paşinyanın baxışları ziddiyyət təşkil edir

2019/08/14747-1564994881.jpg
Oxunub: 5628     17:47     05 Avqust 2019    
“Rusiya rəhbərliyinin anlayışına görə, mühafizəkarlıq istənilən inqilabla ziddiyyət təşkil edir. Ona görə də, məhz bu kontekst münasibətlərinin nizamlanması üçün əlverişli deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Rusiya qlobal siyasətdə” jurnalının Baş redaktoru, politoloq Fyodor Lukyanov Ermənistan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyətini qiymətləndirərkən deyib.


Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyinin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, bu, Rusiyada bir çoxlarında xoşagəlməz xatırlatmalara səbəb olub və post-sovet ölkələrindən bəzilərində baş verən hadisələri yada salıb.

“Belə ki, həmin ölkələrdə “rəngli inqilab” adı alan ənənəvi hakimiyyət dəyişiklikləri həmişə Rusiya ilə münasibətlərdə böhrana səbəb olub. Məhz bu səbəbdən Ermənistanda baş verənlər müəyyən gərginliklərə gətirib çıxardı. Rusiya prezidenti hələ çox illər öncə deyirdi ki, özü mühafizəkardır. Rusiyada üstünlük təşkil edən ideologiya isə mühafizəkarlıqdır. Rusiya rəhbərliyinin anlayışına görə, mühafizəkarlıq istənilən inqilabla ziddiyyət təşkil edir. Ona görə də, məhz bu kontekst münasibətlərinin nizamlanması üçün əlverişli deyil”, - deyə Lukyanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan   Böhran  


Bizi "telegram"da izləyin