Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin sabiq deputatı “Şüşə Melo” ləqəbli, Melik Manukyanı öldürmək istəyən Gümrü şəhər sakinləri olan 3 nəfər həbs edilib.
Hadisə ilə bağlı CM-nin müvafiq maddələri üzrə ittiham edilən 1963, 1966 və 1974-cü il təvəllüdlü 3 şəxs həbs edilib.

Daxil olan məlumatlarda bildirilir ki, sabiq deputatla onların arasında problem olub və köhnə haqq-hesabı körpü altına partlayıcı qoyaraq, onun avtomobilini partlatmaqla təmizləmək istəyiblər.
Daha öncə verilən məlumata görə, 2019-cu ilin avqustun 2-də saat 12:30 radələrində cinayət törədən şəxs İrəvan-Sevan magistral yolunun 15-ci km-də yerləşən körpünün altına öncədən hərbi sursat hesab edilən, partlayıcı maddə yerləşdirib və 2019-cu il avqustun 2-də saat 12:30 radələrində Melik Manukyanın “Renc Rover” markalı və onu müşayiət edən, “Nissan” və “Patrul” markalı abvtomobilləri həmin hissədən hərəkət edərkən partladılıb. Lakin öz iradələrindən asılı olmayan səbəblərə görə, cinayət başa çatdırıla bilməyib.
Avtomobillərdə olan 4 şəxs zərərçəkən kimi tanınıb.
Fakt üzrə CM-nin müvafiq maddələri üzrə cinayət işi qaldırlıb.
Alpər Mövludoğlu
Ordu.az