Torpaqlarımızı azad etmək uğrunda ölmək də, öldürmək də şərəfdir - FOTOLAR

2019/07/28e8a-1564208631.jpg
Oxunub: 1059     16:18     27 İyul 2019    
Hər dəfə ön xətdə olanda, düşmən tapdağı altında inləyən torpaqları, uçub dağılmış evləri görəndə, Xocalı, Qaradağlı, Ağdaban faciələrini xatırlayanda, zorakılığa məruz qalmış ana və bacılarımızı, tarixi abidələrimizi, milli mənəvi dəyərlərimizi, milli genofondumuzu yadıma salanda qisas hissi məni rahat buraxmır. Fikirləşirəm ki, mən narahat olduğum kimi yurd-yuvalarımız da, şəhidlərimizin ruhu da narahatdır.

Bu fikirlərlə ön xəttə, həmişə düşüncələrini düşüncələrim bildiyim əsgərlərimizin yanına yollanıram. Yolboyu çətin keçilən cığırla avtomobil irəlilədikcə düşüncələrim bir az da şaxələnir. Az sonra bu istəyi hər gün ürəyində daha da böyüdən Vətən oğullarının döyüş postunda olacam. Görəsən onlar bu haqda nə düşünür?

Döyüş postundayıq. Torpağa ayaq basdığım an gözlərim uzanan səngərlərə sataşır. Düşünürəm: neçə-neçə igidlərin, qəhrəmanların ayaq izi, şəhidlərimizin qanı var bu səngərlərdə. Şəhid qanı düşən torpaq Vətənləşir...". Bu səngərlər torpağın Vətən olduğu, əmin-amanlığımıza, dincliyimizə, firavan həyatımıza aparacaq yolun başlanğıcıdı. Bura igid əsgərlərin gecə-gündüz keşik çəkdiyi, düşmənə sinə gərdiyi keçilməz qala, alınmaz Vətən torpağıdı.

Səngərdə əsgərlərimizin yanındayıq. Hər birinin üzündən məğrurluğu sezməmək mümkün deyil. İlk həmsöhbətim gizir Kənan Quliyev əsgərlərinin hər biri ilə qürur duyduğunu və onlarla hər an döyüşə hazır olduğunu deyir.

Müddətli hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından tərxis olunsa da, çox keçmədən Mübariz İbrahimovun qəhrəmanlığı həyatını yenidən ordu sıraları ilə birləşdirib.

- 4 il sərbəst güləş, 2 il əlbəyaxa döyüşlə məşğul olmuşam. Əsgərlikdən sonra gələcəyimi idmanla bağlamaq, professional idmançı kimi bayrağımızı zirvələrə qaldırmaq niyyətindəydim.. Mübariz İbrahimovun qəhrəmanlığından sonra ömür yolumda kəskin dönüş etməli olduğumu anladım. Məsələ bayrağı zirvələrdə dalğalandırmaqdırsa, onda şanlı bayrağımızı Şuşada, Kəlbəcərdə, Laçında, Ağdərədə... dalğalandırmağın daha gərəkli olduğunu düşündüm, həyatımı ordu ilə bağlamağa qəti qərar verdim. Mübarizgilə getdiyim günü, atasıyla söhbətimi unutmaram. Ağakərim kişi o günü belə xatırlayır: "Hadisənin səhəri günü tezdən saat 5-6 radələrində mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin...". Bu söhbəti əsgərlərimə tez-tez danışıram. Bildirirəm ki, Ali Baş Komandan əmr verənədək bizi axtaranlar yerimizin səngər olduğunu düşünməlidirlər.

Söhbətinin davamında hər an ayıq-sayıq Vətəni qorumağın verdiyi qürurla düşmənin hər bir təxribatının qarşısını almağa, Ali Baş Komandanın əmri ilə səngərləri aşıb keçməyə hazır olduğunu bildirən Kənan, bunun üçün bacarıqlı, vətənpərvər əsgərlərin də çox olduğunu vurğulayır.

- Biz Ali Baş Komandanın əmri ilə bu səngərləri aşıb keçəcəyik, torpaqlarımızı işğaldan azad edəcəyik. Qarşıda gördüyünüz o torpaqlar bizimdi. Torpaqlarımızı azad etmək uğrunda ölmək də, öldürmək də şərəfdir. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin dediyi "Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq" sözləri bizə əlavə stimul verir. Hər birimiz Ali Baş Komandanımızın əmri ilə irəli atılacaq, torpaqlarımızı azad edəcəyik. Heç bir azərbaycanlı bu işğalla barışmır, barışa bilməz.

Döyüş növbəsində olan əsgərlərin yanındayıq. Tez-tez bu səngərlərdə olsam da, hər dəfə yaşadığım duyğular bütün ruhuma sarılır. Az sonra görüşəcəyim əsgərin kim olduğu, hərbi xidmətə haradan gəldiyi haqda heç bir məlumatım yoxdur, lakin tək bir şeyi bilirəm ki, bu gün səngərdə dayanan hər bir əsgərin, gizirin, zabitin bir vəzifəsi, bir amalı var - işğalı sonlandırmaq, bayrağımızı bütün və bütöv Azərbaycanda dalğalandırmaq.

Məni düşüncələrdən əsgər Elnur İbrahimlinin Azərbaycan əsgərinə xas gur səsi ayırır. Elnur Masallı rayonundan hərbi xidmətə çağrılıb. Onun da ürəyində düşmənə nifrət, qəzəb var. Əlindəki silahı bərk-bərk sıxması, düşmən fəaliyyətinə göz qırpmadan nəzarət etməsi keçirdiyi hisslərin təzahürüdür.

Elnur suallarımıza da gözünü düşmən mövqelərindən ayırmadan cavab verir. İlk sualım yolboyu düşündüyüm qisas haqqındadır.

- Əsgər yoldaşlarımızla mütəmadi söhbətlərimiz olur. Düşmən üzərinə hücumdan, qələbədən, torpaqlarımızı azad edəcəyimiz gündən danışırıq. Onlara hər söhbətimizdə şəhidlərimizin qisasını alacağımızı deyirik. Ali Baş Komandanın əmrinə hazırıq və bu hazırlığımızı hər gün artırmaqdayıq. Erməni əsgəri bilir ki, Azərbaycan əsgəriylə döyüşməyə gücü, qüdrəti çatmayacaq. Biz əminik və əmin edirik ki, son damla qanımıza qədər Vətənin hər qarış torpağı uğrunda vuruşacaq, torpaqlarımızı azad edərək tarix yazanlar sırasında olacağıq.

Tarixdə öz hünəri, igidlikləri ilə dastanlar yazan qəhrəmanlar çox olub. Qəhrəmansız bir millətin tarixi səssiz dərya, durğun dəniz kimidir. Yunanlar tarixlərini əfsanəvi qəhrəmanlarıyla formalaşdırıb. Karfagen Hannibalın sayəsində səsini bəşəriyyətə çatdıra bilib. İran Firdovsinin təfəkkürü və qələmi ilə rəngarəng qəhrəmanlıq dastanlarına qovuşub. Lakin qəhrəmanlar diyarı Azərbaycan Mübariz, Samid, Çingiz kimi qəhrəmanların timsalında bu əsgərlər kimi igidlər, ərənlər yetişdirir. Tarixən qəhrəmanlarımızın çoxluğuna görə miflər, əfsanələr yaratmağa gərək qalmayıb. Bu fikirlərlə növbəti Vətən keşikçisinin döyüş mövqeyinə çatıram.

Gizir Kənan Quliyev Tovuzdan hərbi xidmətə çağırılan əsgər Murad Qasımov haqqında xoş sözlər deməyi unutmur.

- Murad olduqca bacarıqlı əsgərdir. Xidmətini nizamnamə çərçivəsində qurur. Həm də şair təbiətlidir. Asudə vaxtlarında əsgərlərə şeirlər deyir, ara-sıra özü də yazır. Onun hər döyüş növbəsinə çıxarkən əsgər yoldaşlarına dediyi "Mənə dua, düşmənə lənət oxuyun" sözləri hamının dilində əzbər olub. Bu sözləriylə sanki mənəvi rahatlıq tapır.

İti baxışlı, şux görünüşlü əsgər Murad Qasımov silahı sinəsinə bərk-bərk sıxaraq sanki mən alınmaz qalanın müdafiəçisiyəm, - deyə hayqırmaq istəyir.

Əsgər Ceyhun Sərdarov işğalda olan Şuşadan, Kəlbəcərdən, Laçından, Ağdərədən söz açdığını qeyd edir. Deyir ki, görməsə də oralar üçün darıxır, tezliklə ora gedəcəyi günü arzulayır.
Həmsöhbət olduğum bütün əsgərlərin qisas hissini ürəklərində yaşatdığını, ürəklərinin qan ağladığını hiss etdim. Sənin də ürəyin bu hisslərlə qanayırmı?

Bir kəlamı xatırlayıram: "İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir". Qarabağa qayıtmayınca, İsa bulağından su içməyincə bu yara gizildəyəcək. Uşaqlıqdan kənd həyatını çox sevmişəm. Həyətimizdə atlar olduğundan, at çapmağı, onlara qulluq etməyi çox sevirəm. Dəli Tayfun isə ən sevdiyim atdır. Həm sürətli, həm də görünüşcə çox gözəldir. Atam deyir ki, sənin atın Qarabağ atlarının cinsindən olduğu üçün digərlərindən seçilir. Tez-tez yuxumda Dəli Tayfunla Qarabağda gəzirəm, dağlara qalxıram. Ali Baş Komandanın əmri ilə öz tarixi torpaqlarımıza qayıdacaq, öz atımla Qarabağ dağlarını gəzəcəyəm, - əsgər Ceyhun Sərdarov belə deyir.

...Əsgərlərlə sağollaşıram. Qisasın qiyamətə qalmayacağına onlar da inanır, mən də inanıram...

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Azərbaycan-əsgəri  

Torpaqlarımızı azad etmək uğrunda ölmək də, öldürmək də şərəfdir - FOTOLAR

2019/07/28e8a-1564208631.jpg
Oxunub: 1060     16:18     27 İyul 2019    