Ermənistanın ilk Ombudsmanı: “Əsgərin intiharı sistemdəki problemlərdən xəbər verir”

2019/07/34717-1564126640.jpg
Oxunub: 20940     14:35     26 İyul 2019    
“Ermənistan hakimiyyəti Silahlı Qüvvələrdə nizamnamədənkənar münasibətlərin qarşısının alınmasında ciddi iş aparmalıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ilk Ombudsmanı, “Qanun pozuntularına qarşı” ictimai təşkilatın rəhbəri Larisa Alaverdyan deyib.

Onun sözlərinə görə, ordu kövrək bir orqandır, nizamnamədənkənar xarakterli problemlər Silahlı Qüvvələrin mənəvi psixoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət etmir.

“Məhz bu istiqamətdə iş aparılmalıdır. Digər ölkələrlə müqayisədə Ermənistan Silahlı Qüvvələrində hadisələrin azalmasına baxmayaraq, bizim üçün istənilən həyat qızıldan bahadır. Orduda nizamnamədənkənar münasibətlərə qarşı ictimai nəzarətin sərtləşdirilməsinə zərurət var. Hərbi qulluqçuların ölümünə səbəb olan bədbəxt hadisələr yalnız aysberqin zirvəsidir. Bu hadisələr onu göstərir ki, xoşbəxtlikdən hərbi qulluqçuların ölümü ilə nəticələnməyən bu kimi hadisələr də ola bilər. Bu səbəbdən, hətta bir hadisə belə sistemdəki problemlərdən xəbər verir”, deyə Alaverdyan bildirib.

Qeyd edək ki, 2019-cu il iyulun 23-də saat 22:55 radələrində “N” saylı hərbi hissənin döyüş mövqeyində müddətli xidmət hərbi qulluqçusu, sıravi əsgər Volodya Hamleti Qaloyan qanunsuz olaraq birbaşa şüurlu şəkildə bir başqasını həyatdan mərhum etmək, öldürmək məqəsdilə vurğulanan döyüş postunun qazmasına yaxın ərazidə ona təhkim edilmiş AK-74 markalı avtomatla döyüş postunun başçısı istiqamətinə atəş açıb. Lakin Qaloyan öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib.

Atəş açdıqdan dərhal sonra Qaloyan ona təhkim edilmiş AK-74 markalı avtomatla döyüş postunun ərazisini tərk edib. 2019-cu il iyulun 24-də saat 04:20 radələrində döyüş postunun müşahidə məntəqəsindən təqribən 50 m uzaqlıqda çənəsinin alt hissəsində odlu silah yarası xəsarəti və yanında avtomatı yerə düşmüş vəziyyətdə olmaqla meyiti aşkar edilib.

Hadisə ilə bağlı 2-ci qarnizon istintaq şöbəsində CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılıb və ilkin araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Ombudsman  


Bizi "telegram"da izləyin