DSX-nin hərbi hospitalının rəisi ölkəmizi Bazel şəhərində təmsil edib - FOTOLAR

2019/05/photo-1559117231.jpg
Oxunub: 648     11:56     29 May 2019    
Beynəlxalq Hərbi Tibb Komitəsinin cari ilin may ayının 19-24 tarixlərində İsveçrənin Bazel şəhərində keçirilmiş 43-cü Konqresində ölkəmizi Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi, Azərbaycan Respublikasının əməkdar həkimi, tibb xidməti polkovniki Kənan Yusif-zadə təmsil edib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, Konqresdə "Hərbi tibb və cərrahiyyə döyüş meydanında” böl­mə­sində professor Kənan Yusif-zadə " Bir tibb müəssisəsinin idarə olun­masında hərbi və mülki təşkilatların optimal inteqrasiyası: Azər­baycan modeli” mövzusunda çıxış etmişdir. Çıxışda DSX hərbi hospi­talının nü­munəsində Respublikada hərbi və mülki tibbi təşkilatların qarşılıqlı fəaliyyəti, hərbi və mülki tibbi doktrinanın resurslarından səmərəli isti­fa­də edilməsi, tibbi xidmətlərin göstərilməsi və idarə edilməsi təcrü­bəsi haqqında geniş məlumat verilib.

Konqres çərçivəsində Fransa, Almaniya, İsveçrə, ABŞ və digər ölkələrdən olan tibb mütəxəssisləri ilə maraqlı fikir mübadiləsi apa­rılmış, İsveçrənin kimyəvi və bioloji müdafiə üzrə Federal İnstitutuna və İsveçrə Silahlı Qüvvələrinin əczaçılıq mərkəzinə tanışlıq səfərləri edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: DSX   Bazel  

DSX-nin hərbi hospitalının rəisi ölkəmizi Bazel şəhərində təmsil edib - FOTOLAR

2019/05/photo-1559117231.jpg
Oxunub: 649     11:56     29 May 2019    