“Tsargrad”: Paşinyan Baş nazirliyinin 1 illiyi dövründə Putinlə münasibətlərdə gərginlik yaşadı

2019/05/12635-1558092281.jpg
Oxunub: 587     15:13     17 May 2019    
“Paşinyan korrupsiyaya qarşı mübarizə şüarı ilə hakimiyyətə gəlsə də, Ermənistan hazırda korrupsiyaya qərq olub”.

Ordu.az xəbər verir ki, Moskvanın “Tsargrad.tv” kanalı Paşinyanın Baş nazir kimi fəaliyyətinin 1 illik dövrünün müxtəlif istiqamətlər üzrə yekununu təqdim edib.

Korrupsiyaya qarşı mübarizə

Şərhçinin sözlərinə görə, 2018-ci il may ayının 8-də Nikol Paşinyan Baş nazir seçilməklə qələbəni qeyd etsə də, tam qələbəni yarım il sonra bayram edib. Ona görə ki, keçirilən parlament seçkilərinə qədər sabiq iqtidar partiyası Respublikaçıların deputatları parlamentə nəzarət edirdi və sözsüz ki, Paşinyanın “Mənim addımım” fraksiyası hər hansı qanunvericilik dəyişikliyi həyata keçirə bilmirdi. Keçən ilin dekabrın 9-da baş tutan növbədənkənar parlament seçkiləri nəticəsində Paşinyan 132 deputat mandatından 88 mandat əldə edib. Əlbəttə, Paşinyanı hələlik siyasi uğurlar və ya uğursuzluqlara görə mühakimə etmək olmaz. Lakin, ümumi fikirlər barədə ideya formalaşdırmaq üçün 1 il yetərlidir. Paşinyanın daxili siyasətinin əsas istiqaməti korrupsiyaya qarşı mübarizə olub. Məhz bu şüarla Paşinyan hakimiyyətə gələ bilib.

Faktiki olaraq, yeni hakimiyyət korrupsiya adı altında keçmiş iqtidar təmsilçiləri ilə haqq-hesab çəkməyə çalışır.

İqtisadi iflas

Ermənistanda sosial iqtisadi sahədə də fəxr edəcək bir şey yoxdur. Bu ilin ilk rübündə ixracat 9% azalıb. İqtisadi inkişaf göstəriciləri enməyə başlayıb. 2017-ci ildə ÜDM-nin artımı 7,5% təşkil edirdisə, 2019-2020-ci illərdə proqnozlara görə, 4,5 % təşkil edəcək.

Artımın aşağı düşməsi 2 amillə əlaqədardır. İlk növbədə Paşinyan hökuməti dağ mədən sənayesinə qarşı çıxıb. Xüsusilə ekoloqların təzyiqləri altında Amulsar qızıl mədəninin istismarı dayandırılıb. Daha sonra yeni hökumət xarici iri sərmayədarlarla münaqişə yaşadı. “Qasprom Armenia” , “Cənubi Qafqaz dəmir yolları” və “Veolia Su” şirkətlərində yoxlamalar aparıldı və rüsum cəzaları tətbiq edildi. Rusiyalı erməni iş adamı Samvel Karapetyana aid “Taşir Kapital” şirkəti ilə bağlanmış “yüksək gərginlikli elektrik şəbəkələri”nin idarə edilməsinə dair razılaşma dayandırılıb. Yoxsulluq problemi həll olunmamış qalır. Ölkə əhalisinin 20%-i işsizdir. 1/3 hissəsi isə yoxsul hesab olunur. Orta əmək haqqı 380 dollar təşkil edir. Bu rəqəm Qırğızıstan və Suriya göstəricilərinə bərabərdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Korrupsiya   İflas  

“Tsargrad”: Paşinyan Baş nazirliyinin 1 illiyi dövründə Putinlə münasibətlərdə gərginlik yaşadı

2019/05/12635-1558092281.jpg
Oxunub: 588     15:13     17 May 2019    