Ordu.az BELTA agentliyinə istinadən xəbər verir ki, bu barədə KTMT-nin Baş katibi vəzifəsini icra edən Valeri Semerikov bildirib.
O qeyd edib ki, mayın 17-də KTMT-nin Baş katibinin təyinatı məsələsinə dair qərar qəbul ediləcək.
“Mayın 17-də KTMT-nin daimi şurasının növbədənkənar iclası keçirələcək. İclasda təşkilatın yeni katibinin məsələsi müzakirə ediləcək. KTMT-nin Xarici İşlər nazirləri şurasının iclasına təqdim edilmək üçün təkliflər hazırlanacaq və şurada müvafiq qərar qəbul olunacaq”, - deyə Semerikov qeyd edib.
Xatırladaq ki, Semerikov ötən gün KTMT-nin Baş katibi məsələsi ətrafında müzakirələrin mayın 22-də aparılacağını bildirmişdi.
Alpər Mövludoğlu
Ordu.az