Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən mlumata görə, qonaqları salamlayan nazir müavini Azərbaycan ilə Çexiya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla ifadə etdi. Nazirliyin fəaliyyətindən danışan Yəhya Musayev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Çexiyanın müvafiq qurumları ilə hərbi-texniki sahədə əməkdaşlıq emək üçün hər zaman hazır olduğunu bildirdi.
Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Ceska Zbrojovka Group SE” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparıldı.
Sonda Lubomir Kovarik səmimi qəbula görə təşəkkürünü bildirdi.
Ordu.az