Ermənistanda 646 hərbi qulluqçu ilə bağlı ekspertizanın nəticələri saxtalaşdırılıb

2019/05/l-rtU-1558003765.jpg
Oxunub: 717     14:48     16 May 2019    
Təqaüd alan 646 erməni hərbi qulluqçu ilə bağlı ekspertizanın nəticələri saxtalaşdırılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Zaruhi Batoyan son vaxtlar, məsələ ilə bağlı Ermənistan prokurorluğuna müraciət edib.

Müraciətində nazir qeyd edib ki, hərbi qulluqçulara əlillik dərəcəsinin verilib-verilməməsi ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Bu faktların mənzillərin verilməsi və növbəyə alınması ilə bağlı olduğu, hansısa maraqlar hesabına insanların əlillik dərəcəsindən məhrum edilməsi və güzəştlərinin ləğv edilməsinin ətraflı araşdırılması üçün prokurorluğa müraciət edildiyi qeyd edilib.

Bununla bağlı Ermənistan Baş prokurorluğunun erməni KİV-lərinə verdiyi məlumatda qeyd edilir ki, əmək və sosial məsələlər üzrə nazirliyi tərəfindən hərbi təqaüd alan 646 erməni hərbi qulluqçu ilə bağlı keçirilən tibbi sosial ekspertizanın nəticələri, həmçinin onların yenidən yoxlanılması prosesində sui-istifadə hallarına yol verildiyi ilə əlaqədar Ermənistan hərbi prokurorluğuna məlumatlar daxil olub və araşdırılıb.

Qeydə alınan faktların araşdırılması vətəndaşların qanuni hüquqlarına və maraqlarına, o cümlədən dövlətə dəymiş ziyanın müəyyən edilməsi və günahkar şəxslərin çevrəsinin müəyyən olunaraq cəzalandırılması məqsədilə materialların hazırlanması və həyata keçirilməsi üçün mövcud sənədlər Ermənistan istintaq komitəsinin hərbi baş istintaq idarəsinə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Korrupsiya  

Ermənistanda 646 hərbi qulluqçu ilə bağlı ekspertizanın nəticələri saxtalaşdırılıb

2019/05/l-rtU-1558003765.jpg
Oxunub: 718     14:48     16 May 2019    