“Anatolian Phoenix-2019” təlimləri davam edir - VİDEO
Oxunub: 4309
19:21
15 May 2019
Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təlimlərin növbəti mərhələsində ssenariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyən olunaraq xilas edilməsi məqsədilə axtarış-xilasetmə əməliyyatları həyata keçirilib.