Ordu.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun altıncı dağ-atıcı alayının müqaviləli hərbi qulluqçuları Arman Şağoyan və Mostes Poğosyan arasında mübahisə baş verib.
Daha sonra dava edən əsgərlər ciddi bədən xəsarətləri alıblar. M.Poğosyan alayın tibb məntəqəsinə, burnu sınan A.Şağoyan isə hərbi hospitala təxliyə edilib.
Fakt hərbi polis tərəfindən araşdırılır. İlkin qənaətə görə hadisə yerlibazlıq üstündə baş verib.
Ordu.az