Ordu.az “Joğovurd” nəşrinə istinadən xəbər verir ki, erməni hərbi qulluqçulara əlillik dərəcəsinin verilib-verilməməsinə dair maraqlı faktlar aşkar edilib.
Söhbət Ermənistanda bir neçə hərbi qulluqçunun əlillik dərəcələrinə yenidən baxılması və bu əlillikdən mərhum edilməsindən, bir hissəsinin isə əlillik dərəcəsinin aşağı salınmasından gedir. Bu prosesin mənzillərin verilməsi və növbəyə alınması ilə bağlı olduğuna görə, Ermənistan Baş prokurorluğuna müraciət edilərək, bu əlillik dərəcələrinə yenidən baxılmasının qanuna uyğun olub-olmadığının araşdırılmasının xahiş edildiyi bildirilir.
Başqa sözlə desək, məqalə müəllifinin fikrincə hansısa maraqlar naminə ehtiyyatda olan erməni hərbi qulluqçuların güzəştlərdən mərhum edildiyi barədə faktlar mövcuddur.
Alpər Mövludoğlu
Ordu.az