Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprel 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin 5-ci ordu korpusunun artilleriya bölmələri “Bağramyan” təlim mərkəzində düşərgə toplanışlarına cəlb edilib.
Artilleriya bölmələrinin şəxsi heyəti artilleriya atəşinin idarə olunması, atəş nöqtələrinin yayındırılması, yeni atəş nöqtələrinin tutulması üzrə bilik və bacarıqlarının reallıqda möhkəmləndirilməsi məşqlərini yerinə yetiriblər.
Düşərgə toplanışları çərçivəsində, mayın 10-da döyüş atışlı taktiki təlimlər keçirilib.
Alpər Mövludoğlu
Ordu.az