Erməni hərbi qulluqçu hərbi yük avtomobilinin aşması nəticəsində ölüb - ƏTRAFLI

2019/05/41778-1557900471.jpg
Oxunub: 803     10:11     15 May 2019    
2019-cu il mayın 14-də, saat 16:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin təlim keçirdiyi sahədə qəza baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Naira Harutyunyan məlumat verib.

İlkin məlumatlara görə, döyüş maşınlarının idarə edilməsi və ya istismarı qaydalarının pozulması nəticəsində “Ural-4310” markalı avtomobil aşıb.

Qəza nəticəsində Ermənistanın avtomobil heyətinin komandiri, müddətli xidmət hərbi qulluqçusu, kiçik çavuş Ararat Simon Xeçumyan aldığı xəsarətlərdən ölüb.

Fakt üzrə Ermənistan İstintaq Komitəsinin hərbi istintaq baş idarəsinin 6-cı qarnizon istintaq şöbəsində açılan cinayət işi çərçivəsində ilkin araşdırma davam edir.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan daha öncə bildirib ki, Ermənistan silahlı qüvvələrində bədbəxt hadisə nəticəsində hərbi qulluqçu, 1999-cu il təvəllüdlü, kiçik çavuş Ararat Simon Xeçumyan ölüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza  

Erməni hərbi qulluqçu hərbi yük avtomobilinin aşması nəticəsində ölüb - ƏTRAFLI

2019/05/41778-1557900471.jpg
Oxunub: 804     10:11     15 May 2019    