“Köçəryanın ölkədən çıxmaqla bağlı, gizlənmək riskləri yüksəkdir” - Petrosyan

2019/05/45645-1557836316.jpg
Oxunub: 542     16:17     14 May 2019    
“Ermənistan Müdafiə Nazirliyinin digər gizli əmrlərini sübut edən ifadələr var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri iş üzrə ittihamçı prokuror Petros Petrosyan, Robert Köçəryanın mart hadisələri ilə bağlı həbs qərarının dəyişdirilməsi məsələsini bəyan edərkən deyib.

O qeyd edib ki, Köçəryana qarşı ittihamlar sübuta yetirilib.

“2008-ci ildə Robert Köçəryanın fevralın 23-də topladığı müşavirənin iştirakçılarının ilkin istintaq mərhələsində dindirmələrdəki ifadələri Robert Köçəryana qarşı irəli sürülən ittihamları sübuta yetirir.

Silahlı qüvvələrin zirehli texnikaları barədə məlumatları əks etdirən videogörüntülər və Ermənistan Müdafiə Nazirliyinin adlarını çəkməyəcəyi digər gizli əmrləri var. Bütün bunlar sübut edir ki, Robert Köçəryanın ona qarşı irəli sürülən cinayət əməllərinin törədilməsinə aidiyyəti var”, - deyə ittihamçı prokuror əminliklə vurğulayıb.

Prokuror həmçinin qeyd edib ki, həbsdən azad edildiyi halda Ermənistanın ikinci prezidenti prokurorluqdan yayına bilər, yaxud qaça bilər: “Cinayət işində mövcud olan materiallara əsasən onun əsas fəaliyyət yeri Moskva şəhəridir. İstintaqın aparılmasına mane ola biləcək əsaslar çoxdur”.

Erməni hakim Davit Qriqoryan, Petrosyana “qaçma ehtimalını necə əsaslandıra bilərsiniz, o, sizə qaçmağa hazırlaşması barədə müraciət edib?” deyə sual verib. O, bu suala belə cavab verib.
“Ölkədən çıxmaqla bağlı, gizlənmək riskləri yüksəkdir” , - deyə Ermənistanın Baş prokuroru bildirib.

Əlavə edək ki, hələ hakim Davit Qriqoryan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsinin dəyişdirilməsi haqqında qərar qəbul etmək üçün müşavirə otağına getməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Köçəryan   Cinayət  

“Köçəryanın ölkədən çıxmaqla bağlı, gizlənmək riskləri yüksəkdir” - Petrosyan

2019/05/45645-1557836316.jpg
Oxunub: 543     16:17     14 May 2019    