Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin sülhməramlı taqımının 15 hərbi qulluqçusu 13-16 may tarixləri arasında Bolqarıstanda keçirilən “Üfüqdən o yana - 2019” beynəlxalq təlimlərində iştirak edir.
Xatırladaq ki, təlimdə iştirak barədə razılaşma keçən il Sofiya şəhərində keçirilən hərbi polis rəislərinin illik toplantısı zamanı əldə olunub.
Alpər Mövludoğlu
Ordu.az