Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Beynəlxalq ordu oyunları-2019” tədbirləri çərçivəsində, dünən Ermənistan Silahlı Qüvvələrinin artilleriya qoşunları və artilleriya rəisinin müavini – idarə rəisinin müavininin rəhbərlik etdiyi işgüzar nümayəndə heyəti Almatı şəhərinə gedib.
Nümayəndə heyətinin, tədbir çərçivəsində keçiriləcək “Artilleriya atəşi ustaları” yarışına hazırlıq yerində təqdim ediləcək silah və hərbi texnika ilə tanış olmaq, yarışın keçiriləcəyi yerlərin incələnməsində iştirak etmək məqsədilə göndərildiyi bildirilir.
Alpər Mövludoğlu
Ordu.az