Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi hissənin şəxsi heyəti və digər qonaqlar iştirak etdiyi tədbirdə nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin əməkdaşları dövlət qulluqçuları Zümrüd Səmədova və Sairə Rəsulova çıxış edərək dahi Azərbaycan şairinin yaradıcılığından danışıb, onun Şərq xalqlarının ədəbi-fəlsəfi fikir tarixində dərin iz qoyduğunu, eləcə də özünəməxsus yer tutduğunu vurğulayıblar.
Tədbirdə incəsənət nümayəndələri Nəsiminin qəzəllərindən parçalar oxuyublar.
Ordu.az