Polkovnik-leytenantın vəfatı ilə bağlı məsələlər MN-in nəzarətindədir

2019/02/IMG_1-1550654684.jpg
Oxunub: 17258     13:22     20 Fevral 2019    
Xəbər verdiyimiz kimi, fevralın 19-da günorta saatlarında Türkiyənin “Gülhanə” xəstəxanasında həkimlərin səylərinə baxmayaraq uzun sürən onkoloji xəstəlikdən sonra istefada olan polkovnik-leytenant Əliyaz Mirzəyev vəfat edib.

Ordu.az-ın məlumatına görə, Ə.Mirzəyevin müalicəsi dövründə Müdafiə nazirinin göstərişinə əsasən ölkəmizin Türkiyədəki hərbi attaşesi daim onu və ailə üzvlərini diqqətdə saxlayıb, vəfat etdikdən sonra onun nəşinin Azərbaycana göndərilməsi üçün müvafiq tədbirlər görüb.

Mərhumun oğlu Ayaz Mirzəyev bu gün Müdafiə Nazirliyinə dəvət olunub və bir daha onun ailəsinə başsağlığı verilib, o cümlədən dəfnin hərbi ənənələrə uyğun olaraq təşkilinin nazirlik tərəfindən həyata keçiriləcəyi bildirilib. Mərhumun oğlu göstərilən diqqət və qayğıya görə ailəsi adından minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün axşam saatlarında Müdafiə Nazirliyinin rəsmiləri cənazəni qarşılayaraq dəfn edilməsi üçün doğulduğu rayona yola salacaqlar. Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri və mərhumun xidmət yoldaşlarının iştirakı nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN  


Bizi "telegram"da izləyin