Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının deputatı Arman Babacanyan “Araçin Lratvakan” xəbər portalına müsahibəsində bildirib.
Məlumatlarda onlara inqilab texnologiyaları barədə dərslərin keçirildiyi, bu gün hakimiyyətin tərkib hissəsini təşkil edən bəzi xadimlərin də iştirak etdiyi qeyd olunur. Bunun nəticəsi olaraq, o, erməni əsilli jurnalist Marqarita Simonyanın iştirakı ilə rus telekanalında anti-erməni reaksiyanın şahidi olduqlarını bildirir.
Babacanyanın sözlərinə görə, jurnalist Marqarita Simonyan Kreml, şəxsən Putinin ən güvəndiyi və sadiq şəxslərindən biri hesab olunur. Bu zərbəni daha təsirli etmək üçün məhz Marqarita Simonyan və onun həyat yoldaşı T.Kyosayan seçilməklə, əks-erməni təbliğat vasitəsi olaraq, ictimai kütləvi informasiya vasitələrinə üstünlük verilib.
“Ehtimal olunurdu ki, Suriyaya humanitar heyət göndərməklə strateji müttəfiqimizə əl tutduğumuza görə, bu erməni-rus münasibətlərinə yeni keyfiyyətdə təsir edəcək. Lakin əks-erməni təbliğatı aparılır ki, bu da ciddi narahatlıq məsələsidir”, - deyə o qeyd edib.
Babacanyanın fikrincə, bu kimi hallar təsirsiz ötüşmür və erməni-rus münasibətlərinin gündəliyinə mütləq təsir edəcək.
Alpər Mövludoğlu
Ordu.az